"Qarabağ"ın rəqibi 3 xalı 3 qolla qazandı

İdman

17.08.2024 09:35

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan Zaqreb "Dinamo"su  növbəti oyununu keçirib.

TodayPress xəbər verir ki, Xorvatiya çempionu ölkə çempionatının 3-cü turunda "Şibenik" klubunu qəbil edib.

Sergey Yakiroviçin yetirmələri qonaq komandanın qapısından 3 cavabsız qol keçirib. 

"Dinamo" 3 turdan sonra maksimum nəticə ilə liderdir. 

Qeyd edək ki, "Qarabağ"la "Dinamo" arasında ilk oyun avqustun 20-də Zaqrebdə, cavab matçı isə 28-də Bakıda olacaq.

Namiq HUN

tag: Qarabağ, UEFA, Dinamo, Zaqreb,Sergey Yakiroviç, todaypress.az,