“Qarabağ”ın qolkiperi ilk onluqda yer aldı
“Qarabağ” klubunun futbolçusu Mateuş Koxalski Polşada 2024-cü ilin ən yaxşı 9-cu qapıçısı seçilib.
TodayPress xəbər verir ki, siyahını yerli “iGol.pl” nəşri tərtib edib.
24 yaşlı Koxalski 34 xalla 9-cu yeri tutub.
İtaliyanın “Bolonya” klubunda çıxış edən Lukas Skorupski 265 xalla Polşanın ən yaxşı qolkiperi olub. “Barselona” klubunun torunu qoruyan Voytsex Şesnı (244 xal) ikinci, “Volfsburq”un heyətində yer alan Kamil Qrabara isə ilk üçlüycü təşkil edib.
Qeyd edək ki, Mateuş Koxalski cari ilin avqustunda “Qarabağ” klubuna transfer olunub.
Namiq HUN
tag: İtaliya ,Lukas, Klub ,Barselona ,todaypress.az,