“Qarabağ”ın potensial rəqibləri qarşılaşdı
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
TodayPress xəbər verir ki, turnirdə “Qarabağ”ın potensial rəqibləri olan “Ludoqorets” (Bolqarıstan) və “Dinamo” (Minsk, Belarus) komandaları qarşılaşıb.
Matç “Ludoqorets”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab oyunu bir həftə sonra baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” “Linkoln”u (Cəbəllütariq) keçərsə, növbəti mərhələdə bu cütün qalibi ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk görüşdə “Linkoln”a 2:0 hesabı ilə qalib gəlib.
Namiq HUN
tag: Ludoqorets, Qarabağ, Linkoln, Azərbaycan, Dinamo, todaypress.az,