"Qarabağ"ın “play-off”dakı rəqibi bilindi
İdman
05.08.2024 14:16
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
TodayPress xəbər verir ki, mərasimdə “Qarabağ” - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibinin də potensial rəqibi bilinib.
"Qarabağ" - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi pley-offda Zaqreb "Dinamo"su (Xorvatiya) ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək.
Qeyd edək ki, pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.
Bundan başqa, ÇL-in 3-cü təsnifat mərhələsində uduzan komanda yoluna Avropa Liqasının pley-offunda davam edəcək. "Lüdoqorets" (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan) cütünün zəifi "Petrokub" (Moldova) - TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.
Namiq HUN
tag: Qarabağ, Dinamo, Zaqreb, Lüdoqorets, UEFA, todaypress.az,