“Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi məlum oldu
İdman
16.07.2024 23:20
UEFA Çempionlar Liqasında I təsnifat
mərhələsinin cavab oyunları keçirilib.
TodayPress xəbər verir
ki, “Qarabağ”ın potensial rəqibləri də cavab matçına çıxıblar. Cəbəllütariqin
“Linkoln” klubu öz meydanında Maltanın “Hamrun Spartans” komandasını qəbul
edib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Linkoln" doğma
meydanda eyni hesabla məğlub olub. Sonda qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq oynayan (5:4) Cəbəllütariq təmsilçisi Çempionlar Liqasının II
təsnifat mərhələsinə vəsiqə qazanıb.
Komanda bu raundda "Qarabağ"la
qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində ilk matçını səfərdə, cavab görüşünü isə evdə keçirəcək. Bu raundun oyunları iyulun 23-24-də və 30-31-də olacaq.
tag: todaypress.az, Qarabağ, Cəbəllütariq,Linkoln, Malta,