“Qarabağ”ın hücumçusu bombardirlər arasında

İdman

04.12.2024 12:14

İlin ən yaxşı bombardirləri açıqlanıb.

TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ildə keçirilən bütün turnirlərdə ən çox qol vuranların siyahısını tərtib edib.

Cədvəldə milli və klubda ümumilikdə 26 və daha çox qol vuran futbolçular yer alıb. 

“Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo da ən yaxşılar arasındadır.

26 qol vuran forvard dünyada 45-cidir. O, Premyer Liqada 10, ölkə kubokunda 5, avrokuboklarda 11 dəfə fərqlənib. 

Juninyo eyni sayda qol vuran Luis Suares və Koul Palmeri qitə kuboklarındakı qol sayına görə qabaqlayır.

54 futbolçunun yer aldığı siyahıya isə Viktor Gyökereş başçılıq edir. İsveç millisinin və “Sportinq”in hücumçusu artıq 59 qol vurub. 

Erlinq Holand (Norveç, “Mançester Siti”) 47 qolla ikincidir. İngiltərə millisinin və “Bavariya”nın əsas silahı Harri Keyn 46 dəfə fərqlənib.

Namiq HUN

tag: Liqa, Qarabağ, Koul Palmeri, Luis Suares, todaypress.az,