“Qarabağ”ın “eks”i, “Dinamo”nun “next”i oldu
İdman
12.06.2024 12:15
“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov gələcək karyerası ilə bağlı qərarını verib.
TodayPress xəbəv verir ki, 32 yaşlı rusiyalı qolkiper karyerasını vətənində davam etdirəcək.
Lunyov Moskva “Dinamo”suna keçməyə razılaşıb. O, yeni klubuna azad agent kimi qoşulacaq. Andrey tibbi müayinədən keçdikdən sonra klubla 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, daha əvvəl futbolçunun "Dinamo" klubundan illik bir milyon avro maaş tələb etdiyi bildirilib.
Andrey Lunyov “Qarabağ”da oynadığı 2023/2024-cü illər mövsümündə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.
Namiq HUN
tag: Andrey Lunyov, Qarabağ, Dinamo, İdman, Futbol, todaypress.az,