“Qarabağ”ın “Dinamo” ilə cavab oyununun hakimləri açıqlandı
İdman
26.08.2024 13:51
"Qarabağ" və Zaqreb "Dinamo"su arasında Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları bəlli olub.
TodayPress xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Maykl Oliverə bu işdə Stüart Burt və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı xorvatiyalı futbolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də keçiriləcək.
Namiq HUN
tag: Qarabağ, Maksimir, Dinamo, Xorvatiya,Zaqreb, todaypress.az,