"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi cərimələndi

İdman

23.09.2024 15:37

UEFA "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olmuş Zaqreb "Dinamo"sunu 50000 avro cərimələyib.

TodayPress xəbər verir ki, buna səbəb Xorvatiya təmsilçisinin evdə Azərbaycan çempionuna qarşı keçirdiyi pley-off mərhələsinin ilk oyununda yaşananlar olub.

“Dinamo” "ictimai keçidlərin bağlanması"na görə 26000 avro cərimə ödəyəcək. Klub pirotexniki vasitələrdən istifadəyə görə isə 24000 avro cəzalandırılıb. 

Namiq HUN

tag: UEFA, Qarabağ ,Çempionlar Liqası ,Xorvatiya, Dinamo ,todaypress.az,