“Qarabağ”ın Çempionlar Liqasındakı 21 mümkün rəqibi

İdman

19.06.2024 10:55

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

TodayPress xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutacaq tədbirdə “Qarabağ” klubunun da rəqibi məlum olacaq.

Azərbaycan çempionu səpələnmişlər səbətində yer alıb.

Püşkatma ərəfəsində iştirakçılar qruplara bölünüb.“Qarabağ” 3-cü qrupda olacaq.

Təmsilçimizi 4 mümkün variant gözləyir. 

“Flora” - “Selye”, “Virtus” - “Styaua” , “Hamrun” - “Linkoln” cütünün qalibi və “Yagellonya”

Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də keçiriləcək. Cavab oyunları isə elə iyulun 30-31-də baş tutacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin matçları iyulun 9-10-da və 16-17-də keçiriləcək.

Namiq HUN

tag: Qarabağ, Çempioanlar Liqası, Təsnifat Mərhələsi, UEFA, todaypress.az,