"Qarabağ"ın Avropa Liqası təqvimi açıqlandı
İdman
01.09.2024 10:30
“Qarabağ”ın Avropa
Liqasının Liqa mərhələsindəki təqvimi bəlli olub.
TodayPress xəbər verir ki, Azərbaycan çempionu turnirə Londonda
start verəcək.
Qurban Qurbanovun
komandası sentyabrın 26-da "Tottenhem"in qonağı olacaq.
“Qarabağ”
sıra ilə "Tottenhem", "Malmö", "Ayaks", “Bodo
Qlimt”, "Lion", “Elfsborq”, “FCSB”, ən sonda isə "Olimpiakos"la
qarşı-qarşıya gələcək.
Qeyd
edək ki, bu mərhələdə ilk 8 yeri tutanlar 1/8 finala adlayacaq, 9-24-cü pillələri
tutanlar pley-offda oynayacaq.
tag: Qarabağ,Avropa Liqası, Azərbaycan, todaypress.az,