“Qarabağ”dan yeni rekord

İdman

19.10.2024 14:50

“Qarabağ” futbol klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

TodayPress Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.

Premyer Liqanın X turunda “Kəpəz” üzərində 5:0 hesablı qələbə tarixə düşüb. 

“Qarabağ” Leandro Andradenin qarşılaşmada vurduğu 3-cü qolla ölkə çempionatlarının səfər matçlarındakı qol sayını 648-ə çatdıraraq “Neftçi”nin rekordunu yeniləyib. 

“Kəpəz”lə görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. 

Qeyd edək ki, “Qarabağ” səfərdə vurduğu 650 qolu 461 oyunda reallaşdırıb. 

Namiq HUN

tag: Qarabağ, Azərbaycan, Kəpəz, Qələbə, Neftçi, todaypress.az,