“Qarabağ”dan “Qızıl dubl”

İdman

02.06.2024 23:59

Futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. TodayPress xəbər verir ki, 2023/2024-cü illər mövsümünün son matçında “Qarabağ” və “Zirə” komandaları titul uğrunda mübarizə aparıblar. Üç qolun vurulduğu oyunda "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, ümumilikdə 8-ci dəfə kuboka sahib çıxan "Qarabağ", həm də "Qızıl dubl"a imza atıb. "Zirə" isə 3 il əvvəlki finalın revanşını ala bilməyib.

Azərbaycan kuboku

Final

2 iyun

20:00. "Qarabağ" – "Zirə" - 2:1

Hakim: Rəvan Həmzəzadə

“Liv Bona Dea Arena”


Namiq HUN

tag: Qarabağ, Zirə,Liv Bona Dea Arena, Azərbaycan kuboku, Football, todaypress.az,