“Qarabağ”dan forvardına şok qiymət

İdman

17.04.2025 15:55

10

“Qarabağ” klubu futbolçusu Nəriman Axundzadənin yeni transfer qiymətini müəyyən edib.   

TodayPress xəbər verir ki, gənc hücumçunu almaq istəyən klub “köhlən atlar”a 3 milyon dollar ödəməlidir.   

Ağdam təmsilçisinin formasını geyinən Nərimanın müqaviləsi 2 il sonra başa çatacaq. 

Qeyd edək ki, Axundzadə ilə bağlı “Qarabağ” son təklifi Norveçdən alıb. “Molde” klubu 21 yaşlı futbolçunun transferi üçün rəsmən onlara müraciət ünvanlayıb.

Sadəcə, klublar maliyyə şərtlərində ortaq məxrəcə gəlməyiblər.

(Sportinfo.az)   

Namiq HUN

tag: Qarabağ,Nəriman Axundzadə,Transfer,Qiymət,Todaypress.az,