“Qarabağ”dan böyükhesablı qələbələr rekordu

İdman

25.11.2024 11:57

“Qarabağ” futbol klubu cari mövsümdə 7-ci böyükhesablı qələbəsini qazanıb.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu Premyer Liqanın növbəti turunda səfərdə “Səbail”i (3:0) məğlub edib.  

Ağdam təmsilçisi keçirdiyi 13 görüşün yarıdan çoxunda 3 və ya daha çox top fərqi ilə qalib gəlib.

Nəticədə “köhlən atlar” ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb. 

İlk dəfə Sumqayıtın “Xəzər” klubu 1992-ci ildə belə uğur qazanıb.

“Kəpəz” 1994/95 mövsümündə böyük hesabla fərqlənib. 

“Neftçi” isə iki dəfə - 1996/97 və 2000/01 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib. 

“Qarabağ” son 24 ildə buna nail olan ilk komandadır.

Namiq HUN

tag: Qarabağ, Ağdam, Qələbə, Rekord, Neftçi, todaypress.az,