“Qarabağ” yenidən “Qalatasaray”la qarşılaşacaq
İdman
23.01.2025 15:33
“Qarabağ” və “Qalatasaray” futbol klubları arasında daha bir yoldaşlıq matçı keçiriləcək.
TodayPress xəbər verir ki, İstanbul təmsilçisinin İdarə Heyətinin üzvü Emin İmanov bildirib.
Matçın ən yaxın zamanda keçiriləcəyini deyən klub rəsmisi dəqiq tarixin hələ müəyyənləşmədiyini bildirib:
“Qarabağ”la bu il daha bir yoldaşlıq oyunu keçirmək istəyirik. Matç İstanbulda olacaq. Hər iki komanda Avropa Liqasında çıxış edir. Ona görə də oyun qrafikləri sıxdır. Amma bir oyun təşkil olunacaq”.
Qeyd edək ki, “Qarabağ” “Qalatasaray”la 2023-cü il martın 26-da Bakıda qarşılaşıb. Həmin yoldaşlıq matçı Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. (qol.az)
Namiq HUN
tag: Qarabağ,Qalatasaray,İstanbul,Emin İmanov,todaypress.az,