“Qarabağ” yeni reytinqdə “Qalatasaray”ı üstələdi

İdman

19.10.2024 16:50

Klubların 10 illik UEFA reytinqi açıqlanıb.

TodayPress xəbər verir ki, son 10 mövsümün yaxşıları arasında “Qarabağ” klubu da yer alıb.

Azərbaycan çempionu 2015-2024-cü illəri əhatə edən siyahıda top-100-yə düşüb. 

Bu müddət ərzində 53,000 xal toplayan “Qarabağ” Təl-Əviv “Makkabi”si ilə birlikdə 63-64-cü yerləri bölüşür. 

“Qalatasaray” klubu siyahda 65-cidir.

Qeyd edək ki, UEFA reytinqinə 261,000 xala malik “Real Madrid” klubu  başçılıq edir.

Namiq HUN

tag: UEFA, Qarabağ, Təl-Əviv, Real Madrid, Reytinq, todaypress.az,