“Qarabağ” yeni ildə də mövqeyini qorudu
Avropanın top komandalarının yeni il üçün ilk reytinq siyahısı açıqlanıb.
TodayPress xəbər verir ki, qitənin 400 güclü klubunun yer aldığı cədvələ Azərbaycanın 4 təmsilçisi daxil edilib.
Aktivində 279 xalı olan “Qarabağ” 63-cü sıradakı mövqeyini qoruyub.
“Neftçi” 19 xalla siyahının 256-cı komandasıdır.
15 xala malik “Sabah” 3 pillə irəliləyərək 279-cu sıraya yüksəlib.
“Zirə” klubu isə 14 xalla 291-cidir. “Qartallar” da mövqelərini qoruyublar.
Qeyd edək ki, Avropa reytinqinə 2447 xala malik “Real Madrid” başçılıq edir.
Namiq HUN
tag: Qarabağ, Aktivin, Mövqe ,Komanda, todaypress.az,