“Qarabağ” xal itirsə də, mövqeyini qorudu

İdman

05.10.2024 16:05

Futbol üzrə Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

TodayPress xəbər verir ki, Azərbaycanın 4 komandası qitənin 400 klubu arasına daxil edilib. 

277 xala malik “Qarabağ” 63-cü pillədə qərarlaşıb. Avropa Liqasında “Malmö”yə uduzan Ağdam təmsilçisi 1 xal itirsə də, mövqeyini qoruyub.

Bir pillə geriləyən “Neftçi” 19 xalla 254-cü sıradadır. 

Hesabında 15 xalı olan “Sabah” üç pillə geriləyib və hazırda qitənin 270-ci komandasıdır. 

“Sabah”dan bir xal geri qalan “Zirə” isə görd pilləlik geriləmə ilə 285-ci yerdə qərar tutub. 

Avropanın top komandalarının reytinq cədvəlinə 2395 xalla “Real Madrid” klubu başçılıq edir.

Namiq HUN

tag: Qarabağ ,Sabah ,Zirə ,Avropa ,Malmö ,todaypress.az,