“Qarabağ” UEFA reytinqində bir pillə gerilədi
İdman
26.10.2024 12:05
Klubların UEFA reytinqi açıqlanıb.
TodayPress xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında keçirilən növbəti oyunlar bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Avropa Liqasında Liqa mərhələsinin III turunda “Ayaks”a 0:3 hesabı ilə uduzan “Qarabağ” Macarıstanın “Ferentsvaroş” klubu ilə birlikdə 58-ci yerə şərikdir.
Hər iki komandanın hesabında 32,000 xal var. “Qarabağ” bir pillə geriləyib.
Təmsilçimizi “Bodo Qlimt” klubu da keçib. Avropa Liqasının növbəti turunda “Qarabağ”ı qəbul edəcək Norveç klubu 33,000 xala malikdir.
Namiq HUN
tag: UEFA, Qarabağ, Reytinq,Çempionlar Liqası,Ayaks, todaypress.az,