“Qarabağ” uduzsa da, mövqeyimiz dəyişmədi
İdman
21.08.2024 10:45
Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
TodayPress xəbər verir ki, buna avrokubokların pley-off mərhələsinin nəticələri səbəb olub.
Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı dəyişib. Bu, Azərbaycanın mövqeyinə təsir etməyib.
“Qarabağ” Zaqrebdə “Dinamo”ya 0:3 hesabı ilə uduzduğundan xal hesabımız dəyişməyib.
Azərbaycanın 18,875 xalı var. Ölkəmiz Avropada 26-cı pillədədir.
Bu mövsümün qazancı 2,125-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Cədvələ 89,160 xalla İngiltərə başçılıq edir.
Namiq HUN
tag: Qarabağ, Zaqreb, Avropa,Dinamo,Sumqayıt, todaypress.az,