"Qarabağ" səfərdə "Ludoqorets"lə qarşılaşacaq

İdman

13.08.2024 09:24

1109

Bu gün "Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda "Ludoqorets"in qonağı olacaq.

Bu komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda “Ludoqorets” 2:1 hesablı qələbəyə sevinib.

"Ludoqorets Arena" görüşünü italiyalı Simon Sozza idarə edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, cütün qalibi ÇL-in pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında "Petrokub" (Moldova) – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.

Namiq HUN

tag: Qarabağ, Bakı, Tofiq Bəhramov ,Ludoqorets,Bolqarıstan, todaypress.az,