"Qarabağ" Şahruddinlə müqavilə imzaladı

İdman

18.07.2024 13:30

"Qarabağ" futbol klubu Şahruddin Məhəmmədəliyevlə yeni müqavilə bağlayıb.

TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi qapıçı ilə bir illik müqavilə imzalayıb. Ötən mövsüm Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"ın qapısını qoruyacaq.

Qeyd edək ki, Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə “Qarabağ”  klubunun formasını geyinib. O, bu ilin yayında Türkiyənin “Adana Demirspor” klubuna transfer edilib. 

30 yaşlı qolkiper "Qarabağ"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə isə ölkə kubokunu qazanıb. 

Namiq HUN

tag: Qarabağ, Şahruddin,Çempion, Azərbaycan, Türkiyə, Ağdam, todaypress.az,