"Qarabağ" "Sabah"ı heç-heçə etdi

İdman

07.12.2024 21:39

"Qarabağ" Misli Premyer Liqasında "Sabah"la heç-heçə edib.

TodayPress xəbər verir ki, XVI turun ikinci oyunu "Bank Respublika Arena"da keçirilib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

49-cu dəqiqədə meydan sahiblərindən Neqoş Kupusoviç hesabı açıb. 68-ci dəqiqədə Nəriman Axundzadə tarazlığı bərpa edib.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 23 xalla beşinci sıradadır.

Günün ilk matçında "Araz-Naxçıvan" "Səbail"i iki cavabsız qolla üstələyib.

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.

 

tag: Araz- Naxçıvan, Qarabağ, Səbail,Sabah, Neqoş, todaypress.az,