“Qarabağ” Romao ilə yollarını ayırdı
“Qarabağ” klubu Julio Romao ilə yollarını ayırıb.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Romao 2022-ci ildən “Qarabağ”da çıxış edib. O, ötən müddət ərzində 120 oyunda 2 qol vurub. Julio 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu titulunu qazanıb. Romao 2023/24 mövsümündə isə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, Julio Romaonun Macarıstanın "Ferentsvaroş" klubuna keçidi gözlənilir.
Namiq HUN
tag: Qarabağ,Julio Romao,Macarıstan,Ferentsvaroş,todaypress.az,