"Qarabağ" rekordunu təkrarladı

İdman

19.01.2025 12:35

“Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümündə 50 qol vuran ilk komanda olub.   

TodayPress xəbər verir ki, Ağdam klubunun yubiley topu XIX turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib. 

50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.  50 qol üçün “Qarabağ”a 19 matç kifayət edib. 

Bu, son 21 mövsümün rekordunun təkrarıdır. Ağdam klubu 2 il əvvəl – 2022/23 mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.  

Ölkə çempionatları tarixində isə 10-cu dəfə bir komanda 50 qol səddinə 19 və ya daha az oyunda çatır. Mütləq rekord 1996/97 mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. 

“Kəpəz” 15-ci (1995/96) və 16-cı (1998/99) oyununda “100”ü yarılayıb.


tag: Qarabağ,çempion,Liqa,Rekord,Todaypres.az,