“Qarabağ” rekord qırdı

İdman

24.04.2025 10:38

9

“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.   

TodayPress Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki,  Ağdam təmsilçisi yarımfinalda “Araz-Naxçıvan” klubunu mübarizədən kənarlaşdıraraq (0:1, 3:0) tarixində 12-ci dəfə turnirin finalına yüksəlib.   

“Qarabağ” 11 dəfə buna nail olan “Neftçi”ni geridə qoyub. 

“Köhlən atlar” əvvəlki 11 finalın 8-də - 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24 mövsümlərində kuboku qazanıb.   

Üç dəfə - 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində finalda uduzub.   

Namiq HUN

tag: Qarabağ,Futbol,Klub,Rekord,Todaypress.az,