“Qarabağ” qolkiperini itirdi
İdman
14.07.2024 15:12
"Qarabağ" futbol klubunun qolkiperi Amin Ramazanov zədələnib.
TodayPress xəbər verir ki, məşq prosesində xəsarət alan qapıçı, 8 ay futboldan uzaq qalacaq.
Həkim müayinəsi zamanı Ramazanovun sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Qolkiper əməliyyat olunacaq.
Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.
Namiq HUN
tag: Qarabağ, Futbol, todaypress.az,AminRamazanov,Avstriya,