"Qarabağ" qış çempionu oldu

İdman

19.12.2024 17:38

Premyer Liqanın III turdan təxirə salınan “Şamaxı” - “Qarabağ” matçı keçirilib.

TodayPress xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisi Musa Qurbanlının son dəqiqə qolu ilə 1:0 hesablı qələbə qazanıb.

 "Qarabağ" bu qələbə ilə hesabına 44 xala yüksəldərək ən yaxın izləyicisi "Araz Naxçıvan"la aralarındakı xal fərqini 5-ə qaldırıb. 

Nəticədə “köhlən atlar” 2024-cü ilin son turunda onların öz arasında keçirəcəyi matçın nəticəsindən asılı olmayaraq, qış çempionluğunu təmin edib.

Namiq HUN

tag: Qarabağ, Hesab, Xal ,İzləyici ,todaypress.az,