“Qarabağ” qapı səddini gücləndirir

İdman

02.07.2024 13:06

“Qarabağ” futbol klubu heyətinə daha bir qapıçı qatacaq. Azərbaycan çempionu Yunanıstan millisinin və Türkiyənin “Kasımpaşa” klubunun qolkiperi Andreas Yanniotisə təklif göndərib.

TodayPress xəbər verir ki, 31 yaşlı futbolçu “Qarabağ” klubunun Çempionlar Liqasında iştirakını nəzərə alaraq bu keçidə müsbət yanaşır. Hazırda tərəflər arasında danışıqlar davam edir. Maliyyə şərtlərində hələlik razılıq əldə olunmayıb. Buna səbəb qolkiperin hər mövsüm üçün 500 min avro maaş tələb etməsidir. “Qarabağ” uğurlu danışıqlar fonunda tezliklə qapıçı ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Andreas Yanniotis son mövsüm “Kasımpaşa”nın heyətində 31 matçda meydana çıxıb.

Namiq HUN

tag: Qarabağ, Futbol, Andreas Yanniotis, Kasımpaşa, todaypress.az,