"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazandı

İdman

11.04.2025 21:40

6

Futbol üzrə Liqanın XXX tura start verilib.

TodayPress xəbər verir ki, açılış oyununda “Qarabağ” “ASCO Arena”da autsayder “Səbail”in qonağı olub.

Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində qolları 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52, 65-ci dəqiqələrdə isə Leandro Andrade vurublar. Meydan sahiblərindən isə 72-ci dəqiqədə David Qomis fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 73-ə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir. “Səbail” isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura aprelin 13-də yekun vurulacaq.

tag: Liqa, Qarabağ, ASCO, SƏbail, Oyun, Ağdam, todaypress.az,