“Qarabağ” “Porto” və “Latsio”nu “kölgədə” qoydu

İdman

10.08.2024 15:10

TodayPress xəbər verir ki, “Qarabağ” dünya reytinqində 5 pillə irəliləyib.

Azərbaycan çempionu planetin 34-cü komandasıdır. 

Qurban Qurbanovun yetirmələri “Latsio” və “Porto” kimi Avropa nəhənglərinin yer aldığı sıralamada  “Aston Villa”, “Marsel”, “Korintians”, Zaqreb “Dinamo”su və “Libertad” klubunu da arxada qoyub. 

Qarabağ ümumilikdə 7 klubu keçib. 

Daha böyük irəliləyişə nail olan “Zirə” 81 pilləlik sıçrayış edib. Rəşad Sadıqovun komandası “Maynts”, “Alanyaspor”, avrokuboklarda qarşılaşdığı “Osiyek” və “Şerif” kimi komandaları üstələyib. 

Namiq HUN

tag: Azərbaycan,Qarabağ, Marsel, Aston Villa, Zirə, todaypress.az,