“Qarabağ” pley-off mərhələsində ilk oyununa çıxacaq
İdman
20.08.2024 13:18
Azərbaycanın UEFA
Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk
oyununa çıxacaq.
TodayPress xəbər verir
ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Zaqrebdə Xorvatiyanın
“Dinamo” kollektivi ilə üz-üzə gələcək.
“Maksimir” stadionunda
keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı İsveçdən
olan hakimlər briqadası idarə edəcək. Oyunda Qlenn Nyberq baş hakim olacaq. Ona
Mahbod Beigi, Andreas Söderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını
Adam Ladebek yerinə yetirəcək. Almaniyalı Bastian Dankert və onun həmyerlisi
Johann Pfeifer VAR hakimi olacaqlar.
tag: "Qarabağ", "Dinamo" Zaqreb, Futbol,Çempionlar Liqası, todaypress.az,