“Qarabağ” onunla müqaviləni yeniləməyəcək
“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç 3 ölkədən təklif alıb.
TodayPress xəbər verir ki, müqaviləsi yayda bitəcək futbolçu Polşaya qayıda bilər.
Monteneqrolu futbolçu Yunanıstan və Kipr klublarının da marağındadır.
Ağdam təmsilçisi Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra Veşoviçlə də vidalaşmağı qərara alıb.
Klub rəhbərliyi artıq müdafiəçini məlumatlandırıb. Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
34 yaşlı cinah oyunçusuna özünə yeni komanda tapmaq tapşırılıb. Veşoviçə real müştərisi olarsa, danışıqlar aparmağa icazə verilib.
2021-ci ildən “Qarabağ”ın formasını geyinən Marko Veşoviç xroniki zədələrdən əziyyət çəkir. Polşanın “Legiya” klubunun sabiq kapitanı 1 ilə yaxındır ki, “Qarabağ”ın əsas heyətində yerini itirib.
Namiq HUN
(Sportinfo.az)
tag: Qarabağ,Marko Veşoviç,futbol,Azərbaycan,todaypress.az,