"Qarabağ" "Neftçi"ni məğlub etdi

İdman

19.04.2025 22:40

7

Liqanın XXXI turunda "Qarabağ" "Neftçi"ni məğlub edib.

TodayPress xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Abdullah Zubir (22), Yassin Benzia (40-p.) və Nəriman Axundzadə (41) fərqləniblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 76 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb. "Sabah" isə "Səbail"ə qalib (3:2) gəlib.

tag: Qarabağ, Neftçi,Araz- Naxçıvan, Turnir, Turan-Tovuz, todaypress.az,