"Qarabağ" "Neftçi"ni məğlub etdi
İdman
20.09.2024 22:12
"Qarabağ" Azərbaycan Premyer
Liqasında "Neftçi"ni məğlub edib.
TodayPress xəbər verir ki, mövsümün ilk derbisi VII
turda baş tutub.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0.
"Neftçi"dən Robert Bauer 18-ci dəqiqədə avtoqol
müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia,
90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran
"köhlən atlar" liderliyə yüksəlib. "Ağ-qaralar" 4 xalla
8-9-cu yerləri bölüşdürür.
Qeyd edək ki, günün ilk matçında "Şamaxı"
"Kəpəz"i məğlub edib - 2:0. VII turun digər oyunları sentyabrın
21-22-də baş tutacaq.
tag: Neftçi, Qarabağ, Futboı, İdman, Şamaxı, todaypress.az,