"Qarabağ" müdafiəçisini itirdi

İdman

06.09.2024 11:40

Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

TodayPress xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Buna müdafiəçinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub 1:3.

Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.

Namiq HUN

tag: Qarabağ,AFFA,Bəhlul Mustafazadə,Slovakiya,todaypress.az,