“Qarabağ” mövqeyini qorudu
İdman
14.01.2025 16:08
UEFA klubların reytinq siyahısını açıqlanıb.
TodayPress xəbər verir ki, cədvəldə qitənin 400 klubu yer alıb.
Azərbaycan siyahıda 4 komanda ilə təmsil olunub.
Ölkə çempionu “Qarabağ” 279 xalla 63-cüdür. Ağdam təmsilçisinin mövqeyi dəyişməz qalıb.
Dörd pillə irəliləyən “Neftçi” 19 xalla 252-cidir. “Ağ-qaralar”dan 4 xal az toplayaraq 283-cü olan “Sabah” 4 pillə geriləyib. 14 xala malik “Zirə” isə 14 pillə irəliləməklə 287-ci olub.
Qeyd edək ki, Avropanın top komandalarının reytinq siyahısına 2447 xalla “Real Madrid” başçılıq edir.
Namiq HUN
tag: Qarabağ, UEFA ,Cədvəl ,Mövqe, todaypress.az,