“Qarabağ” mövqeyini qorudu

İdman

22.12.2024 14:42

Avropanın top komandalarının yeni reytinq siyahısı açıqlanıb. 

TodayPress xəbər verir ki, cədvəldə qitənin 400 ən güclü klubu yer alıb.  Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib.

Ölkəmizin ən yaxşısı “Qarabağ”dır.

279 xala malik Qurban Qurbanovun yetirmələri 63-cü sıradakı mövqelərini qoruyublar. 

2 addım geriləyən “Neftçi” 19 xalla 256-cıdır. 4 xal az toplayan “Sabah” 5 pillə geriləməklə 282-ci sıraya düşüb. 14 xala malik “Zirə” 291-cidir. Qəsəbə klubu üç pillə aşağı yuvarlanıb. 

Qeyd edək ki, siyahıya 2435 xala malik “Real” başçılıq edir.

tag: Qarabağ,Qurban Qurbanov,Neftçi, Top,Todaypress.az,