“Qarabağ” Mateus Silvanı itirdi

İdman

02.10.2024 15:05

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Malmö” ilə keçiriləcək matça itki ilə çıxacaq.

TodayPress xəbər verir ki, Mateus Silva İsveç klubu ilə görüşdə iştirak etməyəcək. 

Braziliyalı müdafiəçi Premyer Liqanın VIII turunun “Sabah”la görüşündə zədələndiyi üçün matçı buraxacaq.

Mateusun oynadığı müdafiənin sağ cinahında digər legioner Marko Veşoviç də zədəlidir.

Monteneqrolu Marko Yankoviçin durumuna isə oyunöncəsi qərar veriləcək.

Namiq HUN

tag: Qarabağ ,UEFA ,Mateus Silva ,İsveç ,Braziliya ,Marko Veşoviç, todaypress.az,