"Qarabağ" Mateuş Koxalskini transfer etdi

İdman

15.08.2024 15:18

2373

“Qarabağ” futbol klubu  heyətini yeni qapıçı ilə gücləndirib. 

TodayPress xəbər verir ki, Azərbaycan çempionu qapıçı Mateuş Koxalskini transfer edib. 

Ağdam təmsilçisi uzun sürən danışıqlardan sonra Polşanın “Stal Mielets” klubu ilə razılıq əldə edib.

“Qarabağ”la 24 yaşlı qolkiper arasında 3+1 illik müqavilə imzalanıb. 

O, ötən mövsüm Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. Daha əvvəl “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya Varşava” klublarında da forma geyinib.

Qeyd edək ki, “Qarabağ”ın yeni qapıçısı bu ilin iyununda Polşa millisinin heyətində Avropa çempionatının hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. 

Namiq HUN

tag: Azərbaycan, Çempion, Qarabağ, Polşa, Avropa, todaypress.az,