"Qarabağ" "Ludoqorets"ə qarşı

İdman

06.08.2024 09:50

1495

Bu gün "Qarabağ" klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstan "Ludoqorets"i ilə qarşılaşacaq. 

Razqrad təmsilçisi 2011/12 mövsümündən etibarən 13 dəfə Bolqarıstan çempionu olub. “Ludoqorets” ardıcıl 8 dəfə olmaqla, 10 dəfə Avropa kuboklarının qrupunda çıxış edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı İsveçrədən olan referi Urs Şnider idarə edəcək.

 “Qarabağ” – “Ludoqorets” matçı saat 20:00-da başlayacaq. 

Namiq HUN

tag: UEFA, Qarabağ, Tofiq Bəhramov, Bolqarıstan, Avropa, todaypress.az,