"Qarabağ" "Linkoln"u darmadağın edərək növbəti mərhələyə yüksəldi

İdman

30.07.2024 22:15

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyun başa çatıb.

TodayPress xəbər verir ki, ilk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ağdam klubu doğma meydanda da sevinən tərəf olub - 5:0.

Qolları Olavio Juninyo (3 qol), Yassin Benzia və Leandro Andrade vurublar.

"Qarabağ" Çempionlar Liqasının III raundunda “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdən Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.

tag: Qarabağ, Linkoln, UEFA, Çempionlar Liqası, todaypress.az,