“Qarabağ” “Linkoln”a qarşı

İdman

30.07.2024 09:32

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşacaq. 

İlk görüşdə Qurban Qurbanovun komandası səfərdə rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb. 

“Qarabağ” - “Linkoln” matçını Yakob Sandberqin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.  

Qeyd edək ki, bu oyunda mərhələ adlayacaq tərəf üçüncü turda “Ludoqorest” (Bolqarıstan) - “Dinamo Minsk” (Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bu iki cütün məğlubları isə Avropa Liqasında qarşılaşacaqlar. 

Namiq HUN

tag: Qarabağ, Linkoln, Yakob Sandberq, Dinamo Minsk, todaypress.az,