"Qarabağ" "Linkoln" ilə oyuna 3 itki ilə çıxacaq

İdman

22.07.2024 09:47

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Linkoln"a qarşı oyuna 3 itki ilə çıxacaq.

TodayPress xəbər verir ki, Amin Ramazanov və Musa Qurbanlı zədə səbəbindən qarşıdakı oyunlarda "Qarabağ"a kömək edə bilməyəcəklər.

Avstriya təlim-məşq toplanışında zədələnən Amin uzun müddət komandaya kömək edə bilməyəcək. "Slaven"lə yoxlama oyunundan sonra meniskində ağrılar hiss edən Musa isə əməliyyat olunub. Forvard 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Cəbəllütariq təmsilçişinə qarşı oyunda müdafiəçi Elvin Cəfərquliyev də heyətdən kənarda qalacaq. O, qırmızı vərəqə cəzası səbəbindən "Linkoln"la görüşü buraxacaq. 

Qeyd edək ki, "Linkoln"la "Qarabağ" arasında ilk oyun iyulun 23-də Cəbəllütariqdə, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.

Namiq HUN

tag: Qarabağ Klubu, Cəbəllütariq, Elvin Cəfərquliyev,Linkoln, Forvard, todaypress.az,