“Qarabağ” Konfrans Liqasının rekordçusudur
İdman
09.11.2024 16:20
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) avrokubokların ən uzun məğlubiyyətsizlik seriyalarını açıqlayıb.
TodayPress xəbər verir ki, Azərbaycan rekordu “Qarabağ”a məxsusdur.
Qurban Qurbanovun komandası Konfrans Liqasında (KL) ardıcıl 11 oyunda uduzmayıb. Bu, təmsilçimizin Konfrans Liqasında oynadığı 2021/22 mövsümünə təsadüf edib.
Əvvəlki mövsümü “Vilyarreal”dan aldığı texniki məğlubiyyətlə bitirən Ağdam təmsilçisi özü üçün yeni turnirdə üç təsnifat mərhələsini 6 matçda uduzmamamaqla keçib.
Qrupdakı yeganə məğlubiyyəti son turun “Bazel”lə qarşılaşmasına təsadüf edən “Qarabağ” əsas mərhələdə 5, ümumilikdə 11 görüşdə uduzmayıb. Bu müddətdə 7 qələbə və 4 heç-heçə qeydə alınıb.
Hətta əgər texniki nəticəni ümumiyyətlə nəzərə almasaq, 2020/21 mövsümündə baş tutan son görüşdə Təl-Əviv “Makkabi”si ilə heç-heçə seriyanı 12-yə də çatdıra bilər.
Namiq HUN
tag: Qarabağ,Konfrans Liqası, Futbol, İdman, todaypress.az,