“Qarabağ” klubundan uğurlu start

İdman

05.10.2024 17:35

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu Avropa kuboku turnirində ilk oyununu keçirib. 

TodayPress xəbər verir ki, komandamız turnirin ikinci mərhələsində Lüksemburq klubu ilə qarşılaşıb. 

“Qarabağ” və “Differdanj” klubları arasında baş tutan ilk görüş təmsilçimizin 27:24 hesablı qələbəsi ilə bitib. 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu oktyabrın 6-da keçiriləcək. 

Namiq HUN

tag: Həndbolçular ,Qarabağ, Avropa ,Lüksemburq ,Komandalar ,todaypress.az,