"Qarabağ" klubu dünya reytinqində daha 12 pillə gerilədi
İdman
10.11.2024 10:32
"Qarabağ" dünya klublarının
reytinq siyasında daha 12 pillə geriləyib.
TodayPress xəbər verir ki, bu barədə Beynəlxalq
Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat
yayıb.
Azərbaycan çempionu 507 komandanın olduğu cədvəldə 167,25
xalla 72-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi oktyabrda 8 pillə geriləmişdi.
18 mövqe itirən "Zirə" (94,25 xal) 219-cudur.
12 sıra aşağı düşən "Sabah" (59,50 xal) isə 423-cü ola bilib.
Qeyd edək ki, siyahıya 414 xalla İspaniyanın
"Real" klubu başçılıq edir.
tag: Qarabağ, azərbaycan, Dünya Klubları, Sabah, Zirə, todaypress.az,