“Qarabağ” Kadinin qayıdışına qərar verdi

İdman

12.06.2024 14:30

"Qarabağ" sabiq futbolçusu Kadi Borgesin transferi üçün Rusiyanın "Krasnodar" klubuna təklif göndərib. 

TodayPress xəbər verir ki, bu barədə yarımmüdafiəçinin agenti Helsio Alisk açıqlama verib. O, Ağdam klubunun futbolçu üçün təklif göndərdiyini təsdiqləyib. 

"Qarabağ" həqiqətən Kadi üçün təklif göndərib. Amma bundan artıq heç nə deyə bilmərəm. Biz "Krasnodar"ın qərarını gözləyirik". Helsio Alisk deyib. 

Qeyd edək ki, Kadi Borges 2021-2023-cü illər arasında “Qarabağ”ın formasını geyinib. O, son mövsüm “Krasnodar”ın heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Qarabağ,Kadi Borges, Rusiya, Futbol, Krasnodar, todaypress.az,