"Qarabağ" Juninyonun “Flamenqo”ya transfer olunduğunu açıqladı
İdman
15.01.2025 22:23
"Qarabağ"ın futbolçusu Olavio
Juninyo “Flamenqo”ya transfer olunub.
TodayPress Ağdam təmsilçisinin mətbuat xidmətinə
istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə
imzalayıb.
2023-cü ilin yayından "köhlən atlar"ın
formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O,
Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14
qol) matç keçirib. O, "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi
olub.
tag: Ağdam,Liqa,Qarabağ, Olavio, Flamenqo, todaypress.az,